weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Nokia” Bakıda laboratoriya açır

Ramin Bəhmən tərəfindən

16 mart 2023 12:22 tarixində paylaşıldı.

FINLAND-FRANCE-TELECOM-ALCATEL-NOKIA

Prezident İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı “Nokia” şirkətinin təmsilçisi Olaf Şults bildirib ki, şirkət Mərkəzi Asiyada biznesini idarə etmək üçün Bakıda regional nümayəndəlik yaradıb. 

“AğdamTv” xəbər verir ki, “Nokia”nın rəqəmsal infrastruktur sahəsində innovasiyalar və texnologiyalar üzrə lider şirkət olduğunu vurğulayan Olaf Şults Azərbaycan hökumətinin rəqəmsallaşma proqramının uğurlarını qeyd edib, regionda böyük fəaliyyəti ilə seçilən ölkə olduğunu vurğulayıb və “Nokia”nın da həmin uğur hekayəsinin hissəsi olmaq istədiyini bildirib. 

Olaf Şults transformasiya prosesində rəqəmsal savadlılığın artmasının vacibliyini vurğulayaraq bu sahədə ölkənin İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq etdiklərini söyləyib.

“Təhsil proqramı üçün pul vəsaitləri ayırmışıq. Növbəti ay Bakıda laboratoriya və şəbəkəni istismara verəcəyik. Biz Azərbaycanı təkcə məhsul verdiyimiz bazar kimi qəbul etmirik. Bu gün bu işləri görürük və bundan fərəhlənirik. Bununla belə, ölkədə rəqəmsallaşdırma prosesinin bir hissəsi olmaq istəyirik”, – deyə Olaf Şults bildirib. 

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda