weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Üç jurnalist müraciət etmişdi, 2-si güzəştli ipoteka ilə ev ala bilib

Amaliya Hacızadə tərəfindən

11 aprel 2023 22:12 tarixində paylaşıldı.

IMG_20230411_220251_178

Məlum olduğu kimi, ötən ilin fevralından jurnalistlər də güzəştli ipotekadan yararlanan şəxslərin siyahısına daxil ediliblər.

“AğdamTv” xəbər verir ki, bununla bağlı Prezident “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bəs hazırda bu proses nə yerdədir?

İndiyə qədər bununla bağlı neçə müraciət daxil olub?

Neçə jurnalistə güzəştli kredit verilib?

Bu suallarla bağlı İpoteka və Kredit Zəmanət Fonduna müraciət etdik. Fonddan sorğumuza cavab olaraq bildirildi ki, təxminən 2 aydan bir qədər artıq müddətdə olunan müraciətlərə əsasən, 2 jurnalistə güzəştli ipoteka krediti ayrılıb: “2023-cü ildə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevral ayının 2-dən başlanıb.

Ötən dövr ərzində jurnalistlərdən güzəştli ipoteka krediti almaq məqsədilə 3 müraciət daxil olub.

Onlardan 2 nəfərinə yaşayış sahəsinin alınması üçün güzəştli ipoteka kredit ayrılıb”.

Qeyd edək ki, sözügedən fərmana əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlər 4 faizli ipoteka krediti ala bilərlər. 

Bunun üçün əvvəlcə jurnalistin işlədiyi və ya əməkdaşlıq etdiyi media subyekti müraciət edərək Media Reyestrinə daxil olmalı və media subyekti şəhadətnaməsi almalıdır. Bundan sonra jurnalist Media Reyestrinə daxil edilmək üçün müraciət etməlidir.

Müraciət qəbul olunduqdan və jurnalistə müvafiq vəsiqə verildikdən sonra jurnalist güzəştli ipoteka almaq üçün müraciət edə bilər.

Həmçinin müraciət edən şəxs güzəştli ipotekadan yararlanmaq üçün İpoteka və Kredit Zəmanət Fondunun ipoteka üzrə kriteriyalarına uyğun olmalıdır.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda