weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

İşlənmiş batareyaların toplanması məntəqələrinin sayı artırılır

Ramin Bəhmən tərəfindən

29 mart 2023 20:58 tarixində paylaşıldı.

1680108942475

İnsan sağlamlığına zərər verən, ətraf mühitə zərərli təsir göstərən  istifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi üçün fəaliyyətlər davam etdirilir və vətəndaşlara daha əlçatan olması məqsədilə işlənmiş batareyaların təhvil  məntəqələrinin sayı artırılır.

“AğdamTv” xəbər verir ki, artıq toplama qutuları müxtəlif dövlət qurumlarında, marketlərdə, bir çox şirkətlərdə yerləşdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və Kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ETSN və “Qırmızı Ürəklər” Fondu tərəfindən start verilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən 18 kq işlənmiş batareya toplanaraq bu gün “Təhlükəli Tullantılar” MMC-yə göndərilib.

“Hər birimiz şəxsi təşəbbüslərimizlə də tullantıların çeşidlənməsi, təkrar emala göndərilməsi, daha təhlükəlilərin isə zərərsizləşdirilməsi işinə dəstək ola bilərik. Bununla sağlamlığımıza və bizi əhatə edən təbiətimizə töhfə vermiş olarıq.  Hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq”.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda