weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Hərbi İnstitutda Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib

Ramin Bəhmən tərəfindən

10 noyabr 2023 16:00 tarixində paylaşıldı.

654dec73380b8654dec73380b91699605619654dec73380b5654dec73380b6

Heydər Əliyev adına Hərbi İnstitutda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, anım mərasimində əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də hər iki qardaş ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himnləri səsləndirilib.

Anım mərasimində çıxış edənlər Mustafa Kamal Atatürkün şərəfli və mənalı ömür yolundan danışaraq qeyd ediblər ki, dahi şəxsiyyətin apardığı islahatlar nəticəsində qardaş ölkə tarixin sınaqlarından uğurla çıxaraq sürətlə inkişaf etmiş, güclü bir dövlətə çevrilmişdir.

Vurğulanıb ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyaları Azərbaycan-Türkiyə münasibətlərinin əsas prinsipidir və hər iki dövlətin bir-birinə olan qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda