weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Dövlət Komitəsi regionlarda silsilə tədbirlər keçirib

Ramin Bəhmən tərəfindən

15 aprel 2023 22:51 tarixində paylaşıldı.

FB_IMG_1681583416012

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 11-14 aprel 2023-cü il tarixlərdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və qarşısının alınması istiqamətində qurumlararası əlaqələndirmə işinin təşkili və fəaliyyətin gücləndirilməsi, o cümlədən bu halların mənfi nəticələri barədə ictimaiyyətin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Aidiyyəti qurumların dəstəyi ilə keçirilən tədbirlərdə UADM-lərin və müvafiq qurumların əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, məktəblərin müəllim və şagird kollektivi, psixoloqlar, valideynlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Maarifləndirici görüşlərdə müvafiq sahədə ölkəmizdə həyata keçirilən tədbirlər, uşaq əməyinin formaları, qanunvericiliklə müəyyən edilmiş əmək normaları barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, uşaq əməyinin istismarı onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla yanaşı, eyni zamanda təhsildən məhrum edir, uşaqların fiziki-mənəvi inkişafına zərbə vurur. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirmə materialları paylanılıb. Ümumilikdə 1006 nəfər maarifləndirici görüşlərdən bəhrələnib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda