weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Vahid Əhmədovdan deputatların ittihamlarına sərt reaksiya – MƏNƏ QARŞI ÇIXIŞLARA KİMİN GÖSTƏRİŞ VERDİYİNİ BİLİRƏM

Ramin Bəhmən tərəfindən

25 aprel 2023 18:39 tarixində paylaşıldı.

SmartSelect_20230425_183322_Facebook

Milli Məclisin tanınmış deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında həmkarlarının ittihamlarına məruz qalıb.

Qeyd edək ki, blogger Mehman Hüseynova müsahibəsində Vahid Əhmədov korrupsiyadan danışıb.

Onun bu dediklərinə isə həmkarları sərt reaksiya verib.

“AğdamTv” xəbər verir ki, Vahid Əhmədov özünə qarşı kampaniya aparıldığını deyib:

“Birincisi, mən uzun müddətdir Milli Məclisdə təmsil olunan və müxtəlif illərdə vəzifələrdə çalışan şəxs kimi həmişə dövlətin yanında olmuşam, dövlətin mövqeyini müdafiə etmişəm, yenə də müdafiə edirəm. Mənə qarşı çıxışlara kim göstəriş verib, onu da bilirəm. Burada Fəzail Ağamalı təklif etdi ki, məsələyə İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Mən orda da bütün suallara cavab verməyə hazıram. Millətim də görər ki, mən orda dövlətin, millətin yanında olan insanam”.

Ardınca V.Əhmədov bu müzakirələrin düzgün olmadığını bildirib. Spiker Sahibə Qafarova “Vahid müəllim, o sizin öz fikrinizdir, burda deputatlar çıxışa yazılıblar, mən söz verməliyəm”-deyib, reaksiya verib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda