weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Tokayev: “Qazaxıstan Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıdır”

Ramin Bəhmən tərəfindən

10 aprel 2023 17:59 tarixində paylaşıldı.

6494642d-7dd2-380a-b98a-b6b9eb964cfb_850

“Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanması istiqamətində səyləri dəstəkləyir”.

“AğdamTv” TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli əməkdaşlıq edir, bir çox aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqedən çıxış edirlər:

“Bu mənada qeyd etmək istəyirəm ki, Qazaxıstan ənənəvi olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin diplomatik yolla tənzimlənməsinin tərəfdarıdır, həmçinin sülh müqaviləsinin mümkün qədər tez imzalanması istiqamətində səyləri alqışlayır. Ümumilikdə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə tədbirlərin görülməsi və qarşılıqlı dəstəyin göstərilməsi məsələsində ümumi nəzər nöqtəsindən çıxış edirik”.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda