weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

MN: “Ermənistanın təxribatının qarşısı qətiyyətlə alınır, əməliyyat şəraiti tam nəzarət altındadır”

Ramin Bəhmən tərəfindən

11 aprel 2023 19:20 tarixində paylaşıldı.

c0f6a23b-ef1a-34a7-91d2-9c69c467fd32_850

Ermənistan tərəfi xeyli sayda itki verib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

AğdamTv” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata görə, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.

“Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır. Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur. Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

İctimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq”, – açıqlamada bildirilir.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda