weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Lavrov azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır”

Ramin Bəhmən tərəfindən

04 avqust 2022 21:55 tarixində paylaşıldı.

lavrov_1_milyon_insanin_hayatina_mal_olabilir_1518076860_0314

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyətlə bağlı azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır”.

“Qarabaginfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir:

“Rusiya sülhməramlıları vəziyyətin sabitləşməsi üçün zəruri səylərini göstərir. Hər iki tərəflə bütün kanallar və bütün səviyyələrdə, o cümlədən ali rəhbərlik səviyyəsində fəal iş aparılır”.

Qeyd edək ki, avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulub. Nəticədə əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Həmçinin Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda