weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Çavuşoğlu: “Azərbaycanla birlikdə Avropa ölkələrinə enerji tədarükünə kömək edəcəyik”

Amaliya Hacızadə tərəfindən

12 aprel 2023 22:32 tarixində paylaşıldı.

IMG_20230412_222334_206

“Biz Azərbaycanla birlikdə Bolqarıstana və Cənub-Şərqi Avropa ölkələrinə enerji tədarükünə kömək etməyə çalışırıq”.

“AğdamTv” “Hurriyyət”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz dost və müttəfiq ölkələrə TANAP boru kəmərinin gücünü artırmaqla kömək edəcəyik və birlikdə işləyirik”, – nazir qeyd edib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da TANAP-dan qazın Macarıstana çatdırılmasına Azərbaycanla birgə dəstək verməyə hazır olduqlarını demişdi.

Xatırladaq ki, TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

İndiyə kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Qaz Boru Kəmərləri vasitəsilə Türkiyə və Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda