weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb – YENİLƏNİB

Amaliya Hacızadə tərəfindən

04 may 2023 22:55 tarixində paylaşıldı.

IMG_20230504_225424_066

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti üçtərəfli görüş başlayıb.

“AğdamTv” xəbər verir ki, ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutan görüşdə diplomatlar Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması və sülh sazişi ilə bağlı müzakirə aparılacaq.

22:05

ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə nizamlanması və normallaşdırılması üzrə danışıqların yekun raundu keçirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Report”a bildirib ki, bugünkü görüş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 1-dən ABŞ-da aparılan gərgin danışıqların yekun görüşüdür.

Onun sözlərinə görə, görüşlərin və danışıqların nəticələri ilə bağlı məlumatların yayılacağı gözlənilir.

Xatırladaq ki, mayın 1-də ABŞ-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib.

Mayın 3-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə növbəti görüş keçirib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda