weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Azərbaycan Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib

Ramin Bəhmən tərəfindən

14 sentyabr 2023 14:53 tarixində paylaşıldı.

6502e1cf811076502e1cf8110816946876956502e1cf811046502e1cf81105-1

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.

Ağdam Tv xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,Sizi və Sizin simanızda dost İsrail xalqını qarşıdan gələn yəhudi yeni ili – Roş ha-Şana bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

İnsanlara yeni ruh gətirən, gələcəyə dair yeni ümidlər bəxş edən bu nurlu bayramın Sizə və ailənizə, dost xalqınıza və ölkənizə xoş günlər, əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət bəxş etməsini diləyirəm.

Əminəm ki, milli-mənəvi dəyərlərini daim uca tutan xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda