weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Artak Beqlaryanın Cenevrə “tədbiri” fiaskoya uğrayıb

Ramin Bəhmən tərəfindən

14 noyabr 2023 23:00 tarixində paylaşıldı.

6553bc31b95de6553bc31b95df16999864816553bc31b95da6553bc31b95db

Azərbaycan ərazisində mövcudluğuna son qoyulmuş keçmiş separatçı rejimin nümayəndələri indi də Ermənistanın QHT-ləri tərkibində Avropada öz qeyri-qanuni təcrübələrinin təbliğatına cəhd göstərməyə çalışmaqdadır.

APA-nın xəbərinə görə erməni mənbələri bildirir ki, bu dəfə özünü keçmiş “dövlət naziri” kimi təqdim edən Artak Beqlaryan “Ermənistanın Şəfqət Cəmiyyəti” QHT-si tərkibində BMT-nin Cenevrə Ofisində Azərbaycanla bağlı Universal Dövri İcmal üzrə işçi qrupunun iclasında iştirak etsə də, iddialarının əksinə ona çıxış üçün heç bir söz verilməyib.

Bu uğursuzluqdan sonra, Artak Beqlaryanın iştirakı ilə Cenevrədə “Artsaxın bərpasına aparan yol: Azərbaycanın məsuliyyətə cəlb olunması” adlı tədbir təşkil ediləcəyi barədə xəbərlər yayılıb.Lakin, daha sonra yayılan şəkildən də məlum olmuşdur ki, 6-7 şəxsdən və bir ölkə (Ermənistandan) başqa onun tədbirinə heç kim qatılmayıb.

Bununla da, bölgədəki reallıqları təhrif etməklə beynəlxalq ictimaiyyəti aldatmağa hesablanan, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsi olan “blokada” və “soyqırımı” iddialarını yaymaq məqsədi daşıyan növbəti “tədbir” fiaskoya uğrayıb.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda