weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Aİ Şurasının Prezidenti: “Azaraq qarşı tərəfə keçən hərbçilər azad edilməlidir”

Amaliya Hacızadə tərəfindən

14 may 2023 23:32 tarixində paylaşıldı.

347d03c7-81d6-37b0-b76f-5e2d72f5385e_850

Qarşılıqlı anlaşmanı qorumaq və sülh prosesində irəliləyiş əldə etmək üçün sadəcə olaraq azaraq qarşı tərəfə keçən hərbi qulluqçuların tezliklə azadlığa buraxılması davam etdirilməlidir.

“Report”un Brüsselə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.

“Humanitar məsələlərə gəlincə, qarşıdakı həftələrdə daha çox məhbusun azad ediləcəyi anlaşılırdı.

Mən sadəcə olaraq azmış və qarşı tərəfə keçən hərbçilərin tez bir zamanda azadlığa buraxılmasının davam edəcəyi ilə bağlı qarşılıqlı anlaşmanın saxlanmasının vacibliyini vurğuladım”, – Şarl Mişel bildirib.

Aİ Şurasının rəhbəri təfərrüatları açıqlamasa da, aydındır ki, söhbət bir müddət əvvəl Ermənistanda zorakılığa və kobud rəftara məruz qalan, birinə 11 il yarım həbs cəzası kəsilmiş itkin azərbaycanlı hərbçilərdən gedir.

Ş.Mişelin sözlərinə görə, görüşdə itkin düşənlərin taleyinin həlli və minalardan təmizləmə işlərinin gücləndirilməsinin zəruriliyi də müzakirə olunub.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda