weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağdamda “Azərbaycan Prokurorluğu və Heydər Əliyev” mövzusunda konfrans keçirilib

Ramin Bəhmən tərəfindən

23 may 2023 14:53 tarixində paylaşıldı.

FB_IMG_1684838491300

23 may 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Prokurorluğu və Heydər Əliyev” mövzusunda konfrans keçirilib.

“Ağdamtv” xəbər verir ki, konfransda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam, Laçın, Xocalı, Xocavənd rayon prokurorları, Ağdam Hərbi Prokuroru, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, prokurorluq əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ağdam Rayon Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlə tanış olub.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə RİH başçısı Vaqif Həsənov, Ağdam Rayon Prokuroru Vasif Süleymanov və digər natiqlər çıxış edərək Azərbaycan prokurorluğunun Ulu öndərin rəhbərliyi ilə yeni inkişaf dövrünə qədəm qoymasından, hakimiyyətin bölünməsi prinsipinə əsaslanmaqla məhkəmə hakimiyyətində təmsil olunan müasir, sivil dövlət təsisatı kimi formalaşmasından, Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-nin respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmasından bəhs edilib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda