weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

ABŞ məhkəməsi Los-Ancelesdə azərbaycanlılara hücum edən erməniyə hökm oxuyub

Amaliya Hacızadə tərəfindən

11 may 2023 21:21 tarixində paylaşıldı.

IMG_20230511_211850_077

Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniya Ali Məhkəməsinin 2020-ci ilin iyul ayında Los-Anceles şəhərində yerləşən Azərbaycan Baş Konsulluğunun yaxınlığında dinc aksiya keçirən azərbaycanlılara hücum edən erməniyə qarşı çıxardığı hökmü alqışlayıb.

“AğdamTv” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb.

“2021-ci ilin iyununda Erik Akopyana hökm oxunduqdan sonra Kaliforniya Ali Məhkəməsinin 2020-ci ilin iyulunda Azərbaycan Baş Konsulluğunun qarşısında dinc etiraz aksiyası keçirən azərbaycanlılara nifrət zəminində hücum edən Hovhannes Sukiasyana da hökm çıxarılmasını alqışlayırıq”, – paylaşımda deyilir.

Qeyd olunub ki, Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib və zərərçəkmişin bütün xərclərini ödəməlidir.

“Ümid edirik ki, bundan lazımi dərs çıxarılacaq”, – A.Hacızadə əlavə edib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda