weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Qarabağ Sambo məktəbinin banisi – Əbülfəz Əliyev

Ramin Bəhmən tərəfindən

13 may 2023 19:17 tarixində paylaşıldı.

IMG-20230513-WA0011

Qarabağda Sambo idman sahəsinin banisi Əbülfəz Əliyev haqqında bilmədiklərimiz “Ağdamtv” təqdim edir.

Əbülfəz Calal oğlu Əliyev 28 fevral 1949-cu ildə Ağdam şəhərində anadan olub. 1966-ci ildə 1 saylı Ağdam şəhər orta məktəbini bitirib. İxtisasca iqtisadçı olub. 1968-ildə ordu sıralarına çağrılıb və Moskvada Daxili qoşunlarda xidmət edib. Orduya qədər sərbəst güləş ilə məşğul olub, hərbi xidmətdə isə sambo üzrə məşqlərə başlayib. Sovet dövrünün qaydalarına görə, mühafizə xidmətində qulluq edən hər kəs sambonu bilməli idi. Əbülfəz müəllimin həyatında samboya bağlılıq həmin anlardan başlayib. İlk uğurlarından biri Moskva cempionatında 1-ciyeri tutmasi idi. Bu böyük nəticə sayilırdı. Xidmətillərində həbsxanadan qaçmış canini zərərsizləşdirdiyi üçün ona SSRİ Ali Sovetinin fərmani ilə “Rəşadətə görə” medalı verilib.

Bundan sonra taleyini sambo güləşi ilə bağlayan Əbülfəz Əliyev Moskva şəhərindəki “Dinamo” idman cəmiyyətində məşqçi olaraq çalışır. Ancaq valideynlərinin təkidi ilə çox keçmir ki, doğma Ağdama qayıdir. 1974-1975-ciillerdə təhsil şöbəsinin nəznindəki, UGİM sərbəst güləş üzrə məşqçiliyə başlayır. Lakin samboya hədsiz vurğunluq onu 1975-ci ildə Ağdamda sambo məktəbinin əsasını qoymağa vadar edir. Qeyd edimki, Əbülfəz muəllimin məktəbində, Vaqif Bayramov, Yaqub Həsənov, Fərhad Ocaqverdiyev sonralar Rafiq Ismaylov, Nazim Səfərov, Mübariz İbrahimov, Səhliman Ağayev, Bəxtiyar Hacıyev kimi tələbələr yetişib. Şəxsi məşqiçisi olduğu Ceyhun Məmmedovun isə sambo üzrə hələ ki, dünyada analoqu yoxdur.

Sambo tariximizdə əhəmiyyətli olduğuna görəbəzi məqamları da xatırlatmaq yerinədüşərdi. SSRİ kimi bir ölkədə 1975 ciilə qədər “Məhsul” idman cəmiyyəti üzrə cəmi 2 ixtisaslaşmış sambo məktəbi var idisə,(Cambul ve Maykop şəhərlərində) perspektivli idmançılar yetişdirdiyinə, daima saxlanan yüksək nəticələrinə görə eyni il məhz Ağdam şəhərində 3-cü ixtisaslaşmış sambo məktəbi açılır. Təbii ki, SSRİ-nin əməkdar məşqçisi Əbülfəz müəllimin nüfuzu ve əməyi ilə. Əlbəttə belə nəticələr verən məşqçinin əməyi elə həmin illərdə yüksək qiymətləndirildi. Ona UİLKGİ-nin YİF təşkilatlarının döş nişanı, 2 dəfə Azərbaycan SSRİ Ali Soveti, bir dəfə Sov.İKP-nin, dəfələrlə SSRI idman Komitəsi və Maarif nazirliyinin fəxrifərmanları verilmişdir. Həmçinin sosializim yarışlarının qalibi olmuşdur.

SSRİ- əməkdar məşqiçisi, Beynəlxalq dərəcəli hakim Əbülfəz Əliyev ömrünün son gününə kimi Azerbaycan yığma komandasının baş məşqçisi kimi məsuliyyətli vəzifənin daşıyıcısı olub. Sovet dövründə müstəqilliyimizin bərpasından sonra o, öz komandasının yalnız yüksək qələbələr əldə etməsi üçün daim çalışıb. Məhz Əbülfəz müəllimin baş məşqçi işlədiyi illərdə, Azərbaycan sambosunun beynəlxalq yarışlarda alternativi olmayıb. Gözəl insan, məşqçi və eyni zamanda gözəl ata ve baba olan Əbülfəz müəllim 2004-cü il yanvarın 12 -sində vaxtsız dünyasını dəyişdi. Onun vaxtsız ölümü çox arzuları yarımçıq qoydu. Doğma Ağdamına qovuşa bilmədi. Əbülfəz müəllimin hər kəsə uzanan bir əli vardı. Köməyə ehtiyacı olan heç kimdən yardımını əsirgəməzdi.

Allah rəhmət eləsin!

Ramin Bəhmən

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda