weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağdam adamın 70 ili

Ramin Bəhmən tərəfindən

01 aprel 2023 21:00 tarixində paylaşıldı.

20379

Bu gün Milli Məclisin deputatı, tanınmış yazıçı-jurnalist Aqil Abbasın doğum günüdür.

“AğdamTv” xəbər verir ki, Əməkdar jurnalist bu gün 70 yaşını yəni, yubiley yaşını qeyd edir.

Aqil Məhəmməd oğlu Abbasov (Abbas) 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində doğulub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycanın əməkdar jurnalistidir. «Araz», «Dan ulduzu», «Qızıl qələm» mükafatları laureatıdır. 8 kitabın müəllifidir. 1976-cı ildən Ağsu şəhər internat məktəbində müəllim işləyib.

1977-ci ildən «Elm və həyat» jurnalında, 1987-ci ildən «Sovet kəndi» qəzetində çalışıb.

1990-cı ildə «Ədalət» qəzetini yaradıb. 1990-cı ildən 2005-ci ilədək “Ədalət”in baş redaktoru olub. İndi təsisçisidir. 2005-ci ildə Azərbaycan Milli Məclisinin 3-cü, 2010-cu ildə 4-cü, 2015-ci ildə 5-ci çağırışına deputat seçilib.

Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi “Şirinlik” 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə “Şəbədə Nazim” hekayəsi “Ulduz” və “Azərbaycan” jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edib.

Yazıçının “Dolu” romanı əsasında ekranlaşdırılan “Dolu” filmi son illər Qarabağ müharibəsi mövzusunda çəkilən ən yaxşı filmlərdən biridir.

Bu şəkil 1966-cı ildə Şuşada, Turşsuda çəkilib. Yanımdakı qohumumdu.
6-cı sinifdə oxuyanda çəkdirmişdik bu şəkli. Bu sinifdə mənə ögey kimi baxdılar. Ağcəbədidən Ağdama təzə köçmüşdük. Birinci sırada sağda oturmuşam.
Anam Solmaz, atam Məhəmməd. Bu şəkli 1970-ci ildə mən ali məktəbə qəbul olunanda çəkdiriblər.
Soldakı mənəm. Qohumlarımla bir yerdə, 1970-ci ildə Kəlbəcərdə – İstisudayıq…
Ali məktəbdə oxuyuram – 1972-ci il. Xalam oğlu ilə birgə…
Arif Süleymanovla bir yerdə oxumuşam. 1972-ci il. Ariflə çox yaxın dost olmuşuq. Bir partada oturmuşam indi də dostluğumuz davam edir.
1974-cü il, Hacıkənd. Çox pis gitara çalıram. Bir məsəl var, deyirlər “xoş halına ay eşitməyən”.
1976-cı il, o zamanki Lenin Sarayının qarşısındakı parkda kəndçilərimlə birgə. Bunların hamısı şahmat xəstəsiydi…
1976-cı il. Universiteti yenicə bitirmişəm.
1976-cı il Ağdam məscidin önü… Gitaraçı Eldar Kərimov, ortada mən, sağdakı da Ağdam Teatrının artisti Naqil Pirimov.
1980-ci ildə Əsgəran qalasını önündə çəkdirmişik bu şəkli. Jurnalist dostum Maliklə bir yerdə…
1988-ci il, Bakı. Oğlanlarımla birgə… Onda hələ balacaydılar….
1988-ci ildə çəkilib, ən çox xoşuma gələn şəkillərimdəndi…
1993-cü il, Məmməd Arazın yubleyi idi. Foyedə Məmməd müəllim mənə dedi ki, “Aqil ehtiyatlı ol, yıxılaram”. Mən də ona qayıtdım ki, “bütün dünya ayağa qalxsa, səni yıxa bilməz, çünki qolundan Heydər Əliyev tutub”.
Məmməd Araz, qaynanam, oğlanlarım və mən. 1995-ci il, evdə…
Kabinetimdə çəkilən ən yaxşı şəkillərdən biridi.1997-ci il.
Mən “Qarabağ” klubunun fəxri prezidenti olan zaman AFFA-nın xüsüsi mükafatını alıram.
Ankaradayıq. Ankara Polis Akademiyasının rəisi ilə bir yerdə. Oğlum Toğrul oranın tələbəsi idi. 2004-cü il.
Bu şəkil Hollandiyada çəkilib.Yanımdakı Həsən Zeynalovdu. 2008-ci il Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirə getmişdik
Fəvvarələr meydanında bir qrup gənc “Kitabla maariflən” şüarı altında bir saatlıq kitab oxuma aksiyası keçiriblər. Millət vəkili Aqil Abbas da onlara dəstək verir.  
“Media Açarı – 2009” müsabiqəsinin təqdimatı zamanı: Aqil Abbas: “Qadanalım necəsən?”, Vaqif İbrahimoğlu: “Həkimsən..?”
«Rusenborq»u ilə qarşılaşacaq «Qarabağ» klubunun məşqini izləyənlər arasında deputat və «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid də var.
Ağdamın işğalının 17-ci ilinin anım günündə….
Xanımımla Türkiyədəyik. Efes bölgəsində…
Nəvəm Tansunun ad günündə oynayıram…
İradə xanımla son zamanlar çəkilən şəkillərimizdən biri…

Mənbə: Modern.az

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda