weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Şəhidlərimizin xatirəsi Ağdam rayonunda ehtiramla yad edilib

Ramin Bəhmən tərəfindən

28 sentyabr 2022 12:42 tarixində paylaşıldı.

FB_IMG_1664353772642

27 sentyabr 2022-ci il tarixdə Ağdamda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü ilə əlaqədar tədbir keçirilib.

“Qarabaginfo.com” xəbər verir ki, tədbirdə Şəhid ailələri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət ederek önünə gül dəstələri düzüblər . Şəhidlər Abidə Kompleksində davam edən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksində Birinci Qarabağ Müharibəsi Şəhidlərinin adına ucaldılan xatirə lövhəsinin önünə gül dəstələri düzərək onları da yad edib, ruhlarına dualar oxumuş, Bayraq Meydanında Şəhidlərin xatirəsinə ağaclar əkmişlər.

Daha sonra RİH başçısı və tədbir iştirakçıları Şəhidlər Xiyabanını və rayonun digər kəndlərində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək onlara ehtiramlarını göstərmişlər.

Saat 12:00-da Respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda