weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Murov Qartalı” Raquf Orucov

Ramin Bəhmən tərəfindən

02 aprel 2023 20:14 tarixində paylaşıldı.

raquf o

“Murov Qartalı” ləqəbli şəhid polkovnik-leytenant Raquf Orucov şəhadətindən 7 il ötür.

“AğdamTv” Şəhid polkovnik-leytenant Raquf Orucovun bioqrafiyasını təqdim edir.

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonununCinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılmış Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonununCinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, lakin ertəsi il həmin məktəbə qəbul ola bilmişdi.

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnmişdi. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat almış, amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi. 1996-cı ildə təyinatını Murovdağa almış və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirmişdi.

Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurmuşdu, Aqşin və Nihad adında iki oğlu var idi.

2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılmış və şəhid olmuşdur. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınmış, Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə minlərlə insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri iştirak etmişdir. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il döyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həm də Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri olmuşdur.

R.Orucovun kəşfiyyat rəisi ehtiyatda olan mayor Rasim Fərşidov:

“Raqufu ona görə “Murov qartalı” adlandırırdılar ki, Azərbaycan ordusunda ən çox sükan arxasında gedən, dağlara qalxa bilmək üçün onda bu dözüm var idi. R.Orucov bir çox kəşfiyyatlarda dağlar zirvəsində olub. O, həmin ərazilərdə 7 il xidmət edib”

TƏLTİFLƏRİ:

  • (1995) — “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı
  • (1998) — “Hərbi xidmətlərə görə” medalı
  • (2001) — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
  • (2003) — “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
  • (2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
  • (2008) — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
  • (2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
  • (2013) — “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
  • (2016) — “İgidliyə görə” medalı (ölümündən sonra)
Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda