Ağdam TV tərəfindən
17 mart 2023 22:24 tarixində paylaşıldı.
Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.
“AğdamTv” xəbər verir ki, aksiyada rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər iştirak ediblər. Aksiya zamanı Xocavənd qəsəbəsində 200-dən çox meyvə ağacı əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.