weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Vətən Bağı” Tərtərdə -FOTO

Ramin Bəhmən tərəfindən

24 mart 2023 19:41 tarixində paylaşıldı.

IMG-20230324-WA0041

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin üzvləri olan şəhid anaları və xanımları ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.

“AğdamTv” verir ki, görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində şəhidlərimizin göstərdiyi döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib.

İcra başçısı qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.

Görüşdən sonra rayon rəhbəri qonaqlarla birlikdə Şıxarx qəsəbəsi ərazisində salınan “Vətən Bağı” şəhidlər parkına gedərək orada əkilən ağacların vəziyyəti ilə tanış olublar.

Sonra Mərkəzi meydanda Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtərə atılmış qadağan olunmuş raketlərin qalıqlarına və şəhərin Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun ermənilərin atdığı “Smerç” tipli raketin nəticəsində dağılmış evinin yerində yaradılmış ev muzeyinə baxıblar.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda