weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ — 1500 AZN maaş

Ramin Bəhmən tərəfindən

22 mart 2023 21:01 tarixində paylaşıldı.

1679504435659

İşğaldan azad edilən ərazilər üzrə müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.

“AğdamTv” xəbər verir ki, hazırda Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsində “Qarabağ” adlı platformada vətəndaşlar onlara uyğun vakansiyalarla tanış ola və müraciət edə bilərlər.

Vakansiyalar işğaldan azad edilən əksər rayonları əhatə edir və əmək haqları vakansiyalara görə dəyişir.

Adı çəkilən saytda Cəbrayıl, Zəngilan, Ağdam, Laçın, Şuşa və Xocavənd rayonları üzrə vakansiyalar mövcuddur. Vakansiyalar zaman-zaman yenilənir və yeni iş yerləri vətəndaşlara təqdim olunur.

Qeyd edək ki, işəqəbul prosesində məcburi köçkün statusu olan şəxslərə üstünlük verilir.

CV göndərərkən elektron poçtunuzda “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər qarabagdais@sosial.gov.az elektron poçt ünvanına göndərilməlidir.

Vakansiyaya müraciət üçün CV-niz yoxdursa, www.cvyarat.az platforması vasitəsilə ödənişsiz CV hazırlaya bilərsiniz.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda