Ramin Bəhmən tərəfindən
11 sentyabr 2023 17:51 tarixində paylaşıldı.
Ermənistanın hələ 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrinin üzvləri hazırda tələbə adı ilə kütləvi şəkildə Xankəndini tərk edir.
Ağdam Tv xəbər verir ki, bu barədə “haqqin.az” yazıb.
Məlumata görə, səhər saatlarından etibarən Laçın sərhəd-buraxılış məntəqəsində bir qrup erməni şəxs azərbaycanlı sərhədçilərin diqqətini cəlb edib.Sözügedən şəxslər tələbə olduqlarını və təhsil üçün İrəvan Dövlət Universitetinə yollandıqlarını bildiriblər.
“Belə görünür ki, İrəvan hələ 2020-ci ildəki müharibədən əvvəl Qaarabağa göndərilən döyüşçülərini oradan çıxarmaq qərarına gəlib. İlkin məlumata görə, Paşinyan hökuməti ilk növbədə Ermənistan liderinin yerlilərini, yəni Dilican rayonundan olanları xilas etmək barədə tapşırıq verib. Məlumatı Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları da təsdiq edir”, – məlumatda qeyd olunub.
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.