weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Emin Hüseynov: “İkinci mərhələdə Talış kəndinə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur”

Ramin Bəhmən tərəfindən

16 mart 2023 17:05 tarixində paylaşıldı.

166745977278464077_1200x630

“Tərtərin işğaldan azad edilən Talış kəndinə ikinci mərhələdə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur”.

AğdamTv” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Talış kəndinə ilkin mərhələdə 30 ailə köçürülüb:

“Həmin ailələr Tərtərin Bayraq meydanında cəm olduqdan sonra Talışa yola salındılar. Burada sakinlərə gələcək planlar barədə məlumat verildi. Talış kəndində birinci mərhələ üzrə 20 yaşayış, 9 qeyri-yaşayış binası, eyni zamanda bütün yolun əsas magistral, 4 yol kommunikasiya şəbəkəsi tam olaraq bərpa edilərək əsaslı şəkildə qurulub. Kənd ilk dəfə olaraq Qarabağ iqtisadi rayonu ərazisində tikilən kənddir və tamamilə qazlaşdırılıb, sakinlərin rahat yaşamağı üçün hər cür şərait yaradılıb”.

E.Hüseynov əlavə edib ki, hazırda Talış kəndində bərpa quruculuq işləri davam edir:

“İkinci mərhələdə kəndə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur. Həmin ailələrin yaşayacağı evlərin tikintisi qısa müddətdə başa çatdırılacaq”.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda