weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

BMT-nin rezident əlaqələndiricisi: Minaların təmizlənməsi işində Azərbaycana dəstəyimizi davam etdirəcəyik

Ramin Bəhmən tərəfindən

16 mart 2023 22:09 tarixində paylaşıldı.

1678989974125

Biz Ağdamda gələcək prioritetlərlə, 2023-cü ildə həyata keçiriləcək işlərlə bağlı daha sıx əməkdaşlığın qurulması haqqında müzakirələr apardıq.

“AğdamTv” xəbər verir ki, bunu Ağdam şəhərində Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlamasında BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.

O bildirib ki, müzakirələr zamanı kədərli xəbər eşidib:

“Xəbər aldıq ki, bu gün 2 azərbaycanlı mina partlayışı nəticəsində həyatını itirib. Həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Biz BMT ailəsi olaraq bundan sonra da minaların təmizlənməsi işində Azərbaycana öz dəstəyimizi davam etdirəcəyik”.

Ağdamda ağacəkmə aksiyasında iştirak etdiyini söyləyən BMT-nin nümayəndəsi qeyd edib ki, ağacəkmə kampaniyası həm də rəmzi xarakter daşıyıb. “Ağacəkmə kampaniyası Heydər Əliyevin 100 illiyinə həsr olunub. Həmçinin Qarabağın yaşıl gələcəyi üçün ümid toxumu səpməyi simvolizə edir”.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda