weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Blinken: “Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər”

Amaliya Hacızadə tərəfindən

04 may 2023 23:02 tarixində paylaşıldı.

IMG_20230504_230222_334

“Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər”.

“AğdamTv” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.

“Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə edilə bilər, lakin son mərhələ həmişə ən çətin olanıdır”-deyə, o bildirib.

Bayden əlavə edib ki, ABŞ dialoq yolunu təklif etməyə davam etməkdən məmnundur:

“Hər iki tərəf son bir neçə gündə bəzi çox çətin məsələləri müzakirə edib və davamlı sülh sazişi üzərində nəzərəçarpacaq irəliləyiş əldə ediblər.

Düşünürəm ki, danışıqların sürəti və həmkarlarımızın qurduğu təməl onu göstərir ki, biz həqiqətən razılığa gəlmək ərəfəsindəyik.

Lakin Birləşmiş Ştatlar hər iki dostumuza finiş xəttini keçməyə kömək etməyə davam etmək üçün buradadır.

Dediyim kimi, düşünürəm ki, biz buna çox yaxınıq.

Nəhayət deməliyəm ki, həm Ermənistandan, həm Azərbaycandan, həm də dostlarımdan, xarici işlər nazirlərindən gördüyümüz rəhbərlik ilhamvericidir.

Bunların heç biri asan deyil, lakin qalan çətin məsələlərin öhdəsindən gəlmək üçün irəliləmək əzmi realdır.

Və biz hiss edirik ki, bu bir neçə gündə çox nəzərəçarpacaq irəliləyiş əldə etdik.

Yekun razılaşma əldə oluna bilər və biz buna nail olmaqda davam etməkdə qərarlıyıq”.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda