weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Azıx mağarasında tədqiqat işlərinin aparılması ilə bağlı işçi qrup yaradılıb – RƏSMİ

Ramin Bəhmən tərəfindən

23 may 2023 16:24 tarixində paylaşıldı.

1604917313_azix

“Azıx mağarasında tədqiqat işlərinin aparılması ilə bağlı işçi qrup yaratmışıq. Artıq ekspedisiyanın tərkibi də hazırdır. Beynəlxalq ekspertlərlə də danışıqlar aparılıb”.

“Ağdamtv” xəbər verir ki, bunu KİV-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

Onun sözlərinə görə, müvafiq tapşırıq veriləndən 15 gün sonra Azıx mağarasında tədqiqatların aparılması düşünülür:

“Azıx mağarasından sadəcə nümunələr götürüləcək və onlar analiz ediləcək. Oradakı 10 təbəqənin yaşını müasir dövrün çağırışlarına uyğun şəkildə təqdim etmək lazımdır. Ona görə də ekspedisiya ora gedən zaman arxeoloji qazıntı aparmayacaq”.

Baş direktor onu da bildirib ki, Tağlar mağarasında da tədqiqatlar aparılacaq.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda