weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağdamda “Vətən haqqı-Ana haqqı” adlı kitabın təqdimat mərasimi keçirilib

Ramin Bəhmən tərəfindən

08 iyun 2023 19:39 tarixində paylaşıldı.

FB_IMG_1686238309517

08 iyun 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində “Azərbaycan bayrağı” ordenli əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun müəllifi olduğu, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr edilmiş və Birinci Qarabağ müharibəsində iştirak edərək orden və medallarla təltif edilmiş ağdamlı döyüşçülərdən bəhs edən “Vətən haqqı-Ana haqqı” adlı kitabın təqdimat mərasimi keçirilib.

“Ağdamtv” xəbər verir ki, mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Daha sonra kitabda bəhs olunan döyüşçülər haqda hazırlanmış videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər təqdim olunan kitabın mahiyyətindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu kimi nəşrlərin müstəsna rol oynamasından, eyni zamanda orden və medallarla təltif olunmuş ağdamlı döyüşçülər haqqında kitabda bədii-publisistik yazıların yer almasından bəhs etmişlər. Tədbirin sonunda kitabın müəllifi “Azərbaycan bayrağı” ordenli əməkdar jurnalist Baxşeyiş Abbasoğlu çıxış edərək mərasimin təşkilinə görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və iştirakçılara öz minnətdarlığını bildirmiş, şəhid ailələrinə və qazilərə kitablar hədiyyə edilmişdir.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda