weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağdamda Qanvermə aksiyası keçirilib

Ramin Bəhmən tərəfindən

11 iyul 2023 16:53 tarixində paylaşıldı.

FB_IMG_1689079658851

11 iyul 2023-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin və “Ağdam Mərkəzi Rayon xəstəxanası” publik hüquqi şəxsin təşkilatçılığı ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilib.

“AğdamTv” xəbər verir ki, aksiyada Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon sakinləri iştirak ediblər. Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Sonda qanvermə aksiyasını yüksək səviyyədə təşkil etdiyinə görə Mərkəzi Qan Bankı tərəfindən Ağdam Rayon İcra Hakimiyyətinə təşəkkür edildi.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda