weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağdamda Novruz Bayramı münasibətilə tədbir keçirilib

Ramin Bəhmən tərəfindən

15 mart 2023 20:57 tarixində paylaşıldı.

FB_IMG_1678896888419

Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı Ağdam rayonunda yüksək əhvali-ruhiyyə ilə bayram edilir.


“AğdamTv” xəbər verir ki, Quzanlı qəsəbəsinin mərkəzi meydanında keçirilən ümumrayon şənliyində Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, mədəniyyət işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dədə Qorqud və Bahar qızı mərasim iştirakçılarını salamlayıb, onlara xoş arzularını çatdırıb. Rayon gəncləri tonqalın ətrafında dövrə vurub yallı gediblər. Kosanın və Keçəlin şən zarafatları, idmançıların çıxışları marağa səbəb olub. İştirakçılar xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin, xalq yaradıcılığının gözəl nümunələrinə tamaşa ediblər.

Tarix-diyarşünaslıq muzeyinin eksponatları, qədim məişət əşyaları, kitab, rəsm və digər sərgilər nümayiş etdirilib. İdmançılar və hərbi geyimli gənclərin çıxışları, meydana Qarabağ atlarının gəlişi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov ağdamlıları baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.


Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiətilə respublikanın tanınmış incəsənət ustalarının ifasında təqdim olunan rəngarəng musiqi nömrələri tamaşaçılara xoş ovqat bəxş edib.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda