weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağdamda “Milli Mətbuat Günü” münasibətilə dəyirmi masa keçirilib

Ramin Bəhmən tərəfindən

20 iyul 2023 16:12 tarixində paylaşıldı.

FB_IMG_1689853826731

Ağdamda “22 İyul – Milli Mətbuat Günü” münasibətilə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilib.

“AğdamTv” xəbər verir ki, 20 iyul 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev mərkəzində “22 İyul-Milli Mətbuat Günü” münasibətilə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilib.

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, mətbuat işçiləri və rayon ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra iştirakçıların çıxışları ilə davam edib.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixinin 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunmasından, Ulu öndər Heydər Əliyevin hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirməsindən, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsindən, ümummilli liderin mətbuatın problemlərinin həlli ilə bağlı imzaladığı sərəncam və fərmanlardan, Ulu öndərin siyasi kursunu davam etdirən Prezident cənab İlham Əliyevin Azərbaycanda mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü tədbirlərdən bəhs ediblər. Sonda bir qrup mətbuat işçisi Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılmışdır.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda