weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağdam şəhərində əhalinin 70 faizi binalarda məskunlaşacaq

Ramin Bəhmən tərəfindən

08 iyul 2023 12:20 tarixində paylaşıldı.

agdam_city_21120_6 (1)

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” nın icrasına əsasən Ağdamda 2022-2026 -cı illər ərzində 12 kənd yaşayış məntəqəsinin həmçinin 5 yaşayış massivini layihələndirilməsi, eləcə də 4 kənd yaşayış məntəqəsinin və iki şəhər massivinin tikintisi planlaşdırılır.

“AğdamTv” xəbər verir ki, bunu AzTv-yə açıqlamasında Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sarabi deyib.

Onun sözlərinə görə, Ağdam şəhərinin baş planına əsasən əhalinin 70%-i çoxmənzilli binalarda məskunlaşacaq.

“Qalan 30% isə fərdi evlərdə yaşayacaq. Müasir Ağdamın ərazisi keçmiş Ağdamın və yanındakı səkkiz kənddən ibarət olacaq. Ağdamın 23%-i yaşıllıq sahələrindən meşələrdən və parklardan ibarət olacaq. Şəhərə altı giriş-çıxış yolu olacaq ki, burada piyada yollarına üstünlük veriləcək. Velosiped və piyada yollarından da geniş istifadə olunacaq. Ağdam şəhərinin konseptinə uyğun olaraq bura köçürüləcək əhalini istilik və isti su ilə təqdim etmək məqsədilə müxtəlif yaşayış massivlərində 12 qazanxana kompleksi də tikiləcək. Ümumiyyətlə Ağdamda tikinti quruculuq işləri yüksək sürətlə davam edir”, – deyə o qeyd edib.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda