weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağalı və Talışda 190 şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub

Ramin Bəhmən tərəfindən

08 iyul 2023 15:23 tarixində paylaşıldı.

64a932f2bc36064a932f2bc361168881022664a932f2bc35e64a932f2bc35f

Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərinin sakinlərinin məşğulluğuna dəstək tədbirləri davam edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağalı və Talış kəndlərində artıq 190 şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Onlardan 19 sakin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə təşkil olunan biznes təlimlərə cəlb edilib və təlimlərdən sonra özünüməşğulluq proqramı üzrə aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

Digərlərinin ərazi üzrə iş yerlərində məşğulluğunun təminatı işləri aparılıb. Məşğulluğu təmin olunanlardan 21 nəfəri peşə hazırlığı kursuna cəlb edilərək kursu bitirdikdən sonra, 13-nəfəri isə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə işlə təmin olunub.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda