weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

 “XARIBÜLBÜL” FESTİVALI – Qarabağ Tarixi

Ramin Bəhmən tərəfindən

26 mart 2023 2:04 tarixində paylaşıldı.

image11

Şuşa şəhərinin erməni işğalından azad edilməsindən (8.11.2020) və İkinci Qarabağ müharibəsində (27.09.2020-10.11.2020) qələbədən sonra Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi ənənəsi bərpa edilmişdir. Ümumilikdə festival beş dəfə keçirilmişdir.

Xarıbülbül Musiqi Festivalı — 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalı. “Xarıbülbül” beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb.

Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ respublikalarının iştirakı ilə keçirilib. Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır.

Sonuncu festival 1992-ci ilin may ayında keçirilmişdir. Festival yalnız qısa müddətdə Ağdam şəhəri işğal olunana qədər orada keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu sərəncamla Vaqif Poeziya günləri“Xarıbülbül” festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə “Xarıbülbül” festivalı keçirilmişdir.

2022-ci il may ayının 12-14 də Şuşa şəhərində V Xarıbülbül Beynəlxalq Folklor Festivalı baş tutub. Festivalın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xarici qonaqlar iştirak ediblər.

Xarıbülbül festivalı 1989-cu ildə, iştirakçılar Seyid Şuşinskinin portreti önündə çıxış edirlər.

“Xarıbülbül” Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. 1989-cu ilin əvvəlində festivala hazırlıq başlamışdır. Festival eyni ilin may ayında, Şuşa Xarıbülbülündə çiçəklənmə dövründə keçirilmişdir. 1989-cu ilin festivalında yerli ifaçılardan əlavə Qırğızıstan SSR, Qazaxıstan SSR, Başqırdıstan SSR, Litva SSR və Belarus SSR-dən olan musiqi qrupları da iştirak edirdi. Ümumilikdə festivalda 100-ə yaxın insan iştirak edib. Konsertlər Cıdır düzü meydançasında tikilmiş 7 məkanda keçirilmişdir. Festival 12–15 yaşlarında “Qarabağ şikəstəsi” muğamını ifa edən gənc xanəndələrin ifası ilə açılmışdı. Festivalın ilk günü Qarabağ atlarında da yarışlar olmuşdu. İlk festivalın tamaşaçıları əsasən Şuşanin sakinləri idilər. Festivalın Muğam müsabiqəsinin qalibi Ağakərim Nafiz Şirvani olub. Festival çərçivəsində Şuşada da güləş yarışları keçirilmişdi.

1990-cı ildə Xarıbülbül festivalı beynəlxalq status aldı. Sonrakı dövrdə tədbirdə Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Holandiya, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə baş tutmuşdur. Festival beynəlxalq status daşıyıb və təkcə Azərbaycanda deyil, SSRİ-də mühüm mədəniyyət tədbirlərindən biri hesab olunub. Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Münaqişənin aktiv fazaya keçməsi ilə festival Ağdam şəhəriişğal olunana qədər orada keçirilmişdir.

Ağdamda keçirilən festivalda olan çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin “Qızıl Fond”una daxil olan “Sona bülbüllər” mahnısı xüsisi yer alıb. Festival çərçivəsində bəzi konsertlər Qarabağın digər şəhərlərində, Bərdə və Ağcabədidə də keçirilmışdi.

Ümumiyyətlə, festivala dünyanın hər yerindən təxminən 170 nəfər qatılmışdır.

Üçüncü festival 1991-ci ildə baş tutmuşdur. Bu tədbirə 25 ölkədən təxminən 300 nəfər qatılmışdır. Keçən illərdə iştirak edən ölkələrə Amerika və Avstraliyadan sənətçilər də qatılmışdır. Festivalın qərargahı iştirakçıların Qarabağa getdiyi Mingəçevir şəhərində idi. Tamaşaçı çoxluğu səbəbindən festival çərçivəsində konsertlər stadionlarda keçirilmişdir. Bundan əlavə festival bir dəfə də Qax şəhərində baş tutmuşdur. Belə ki, 1990-cı ildən sonra Şuşada vəziyyət gərgin olduğu üçün festival bir dəfə Qaxda keçirilib. Həm təbiətinin oxşarlığı, həm də xarı bülbül çiçəyinin Qax ərazisindəki dağlarda da bitdiyi üçün həmin dövrdə festivalın Qaxda keçirilməsinə zəmin yaranıb. Qax şəhərindəki futbol meydançasında keçirilən festivalda Polad Bülbüloğlu, Zeynəb Xanlarova kimi məşhurlar çıxış ediblər. Tədbirin aparıcısı Telli Pənahqızı olub. Festivalın açılışında hər qonaq ölkə (ABŞ, İspaniya, Türkiyə, İsrail və s.) öz milli bayrağı ilə stadiondakı paradda iştirak etməliydi. Azərbaycan qrupu da Azərbaycan SSR-in bayrağı ilə keçəcəkmiş. O zaman üç gənc oğlan üçrəngli bayrağı alıb, icazəsiz olaraq paradın önünə keçib. Milislərin “çıxın oradan” əmrinə baxmayaraq, ən öndə kustar üsulla hazırladıqları bayrağımızı sona qədər aparıblar. 1990–1991-ci il final konsertləri Bakıdakı Respublika Sarayında baş tutmuşdur.

Ləğv edilməsi:

1992-ci ildə 4-cü festivalı mayın 15-də başlamalı və ən böyüyü olmalı idi. Burada dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı planlaşdırılırdı. Lakin festival, Qarabağ müharibəsinin başlaması və Şuşa şəhərinin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən ələ keçirilməsinə görə ləğv edilmişdir.

Bərpa edilməsi:

2020-ci il noyabrın 8-də Azərbaycan Şuşa şəhərini erməni işğalçılarından azad etmişdir. 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşdə Şuşada Xarıbülbül festivalının dirçəldilməsinin zəruriliyini xatırlatmış və bu folklor festivalının ənənəsinin yaxın vaxtlarda yenidən yaradılmasının zəruriliyini qeyd etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu sərəncamla Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalı da bərpa olunmuşdur.

2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev fondunun təşkilatçılığı ilə festival baş tutmuşdur.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilmişdir.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər olmuşdur.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda