weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Yüksək vəzifəyə təyin edilən Samir Seyidəhmədli kimdir?

Amaliya Hacızadə tərəfindən

11 aprel 2023 21:58 tarixində paylaşıldı.

IMG_20230411_215226_647

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.

“AğdamTv” xəbər verir ki, Samir Seyidəhmədli bu vəzifəyə təyin edilənədək İqtisadiyyat Nazirliyində çalışıb.

Onun son iş yeri nazirlik yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsi olub.

Bildirilir ki, S.Seyidəhmədli Dövlət Vergi Xidmətində iş karyerasına (əvvəlki Vergilər Nazirliyi) 2005-ci ildən başlayıb.

O, geridə qalan illərdə vergi sistemində müxtəlif vəzifələrdə, eləcə də Vergilər Nazirliyi yanında milli gəlirlər departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi vəzifəsində çalışıb.Ötən ilin sentyabrında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsinə təyin edilən S.Seyidəhmədli bu təyinatdan 7 ay sonra Naxçıvana göndərilib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda