weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Şərqi Zəngəzur Gömrük İdarəsi yaradıldı

Səadət Quliyeva tərəfindən

05 may 2023 19:40 tarixində paylaşıldı.

IMG_0265

Prezident İlham Əliyev 4 iyun 2012-ci il fərmanı ilə təsdiq edilmiş “Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Bakı, Sumqayıt, Naxçıvan, Şimal, Cənub və Qərb gömrük idarələri ləğv olunub, onların əvəzinə Bakı Baş Gömrük İdarəsi, Naxçıvan Baş Gömrük İdarəsi, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Sumqayıt Gömrük İdarəsi, Şərqi Zəngəzur Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsi yaradılıb.

Bundan başqa, Enerji resursları və dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin əvəzinə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, eləcə də ayrıca olaraq Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi təşkil edilib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda