weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Reuters”: “Azərbaycan və Qazaxıstan 5 milyon ton neftin nəqlini müzakirə edir”

Ramin Bəhmən tərəfindən

07 aprel 2023 21:27 tarixində paylaşıldı.

168dff9f-7c5b-398f-969a-919228ce78a0_850

Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton Qazaxıstan neftinin nəqlini təklif edib.

“AğdamTv” xəbər verir ki, bu barədə “Reuters”ə üç mənbədən bildiriblər.

Qeyd olunub ki, razılıq əldə olunarsa, bu, yəqin ki, “Kaşaqan” yatağından çıxarılan neft olacaq. Mənbələrin verdiyi bilgiyə görə, Azərbaycan həmçinin neftin Gürcüstanın Qara dəniz limanları vasitəsilə nəqlini təklif edib.

Qeyd edək ki, Bakı-Supsa boru kəməri Xəzər neftinin Səngəçal terminalından Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa limanına nəqli üçün nəzərdə tutulmuş boru kəməridir.

Bakı-Supsa kəməri ilə neftin nəqli 2022-ci ilin yazında dayandırılıb. Hazırda bütün Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac olunur. Qazaxıstan üçün isə əsas ixrac marşrutu Novorossiysk yaxınlığındakı Rusiya dəniz terminalında başa çatan Xəzər Boru Kəməri Konsorsiumudur.

BTC Xəzər neftini Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına nəql etmək üçün nəzərdə tutulmuş boru kəməridir. “North Caspian” əməliyyat şirkətinin məlumatına görə, “Kaşaqan”ın çıxarıla bilən ehtiyatları təxminən 9-13 milyard barel (1-2 milyard ton) neft həcmindədir.

Qazaxıstan Rusiyadan yan keçməklə neft ixracını artırmağa çalışır. Ölkə bu il BTC ilə 1,5 milyon ton ixrac etməyi planlaşdırır.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda