weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Kür-Bakı magistral kəmərindəki qəza səbəbindən 4 rayonda yaranan su problemi bərpa edilib

Səadət Quliyeva tərəfindən

04 may 2023 9:46 tarixində paylaşıldı.

IMG_0144

Kür-Bakı magistral su kəmərində baş vermiş qəza səbəbindən paytaxtın Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsində, eləcə də Hacıqabul rayonunun bəzi kəndlərində su təchizatı bərpa edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, qəza baş verən Kür-Bakı magistralında qəza baş verən hissədə boru dəyişdirilib:

“Qəza aradan qaldırıldıqdan sonra paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonu üzrə abonentlərə içməli suyun verilişi ötən gündən etibarən bərpa edilib”.

Qeyd edək ki, mayın 2-də səhər saatlarında Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza olub.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda