weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Azərbaycanda sərnişindaşıma 20 %-ə yaxın artıb

Amaliya Hacızadə tərəfindən

17 may 2023 23:51 tarixində paylaşıldı.

2c7993bb-1db2-387a-ac32-d29343371387_850

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda yük və sərnişin daşımaları 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,9 % və 19,2 % çox olub.

“AğdamTv” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 71,2 milyon ton yük daşıyıb.

Yüklərin 3,7 %-i dəniz, 8,3 %-i dəmir yolu, 0,1 %-i hava, 55 %-i avtomobil nəqliyyatı, 32,9 %-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,1 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,2 % təşkil edib.

Dörd ay ərzində nəqliyyatçılar 578,6 milyon sərnişinə xidmət göstərib.

Sərnişinlərin 87,1 %-i avtomobil nəqliyyatı, 12,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda