weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Yazıçı Nazim Muğanlının (Bağırov) 70 illik yubileyi qeyd edilib

Ramin Bəhmən tərəfindən

31 oktyabr 2023 19:27 tarixində paylaşıldı.

FB_IMG_1698764316389

Ağdamda Azərbaycan Yazıçılar Birliyinin üzvü Nazim Muğanlının (Bağırov) 70 illik yubileyi qeyd edilib.

“AğdamTv” xəbər verir ki, 31 oktyabr 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü Nazim Muğanlının (Bağırov) 70 illik yubileyi qeyd edilib.

Azərbaycan Respublikasının əməkdar artisti, bədii qiraət ustası Azad Şükürovun moderatorluğu ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Nazim Muğanlının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər yubilyarın yaradıcılığından və ədəbi fəaliyyətindən geniş söhbət açmışlar.

Tədbirin gedişində Nazim Muğanlının müəllifi olduğu şeirlər səsləndirilmiş, Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri və kompozisiyalar tədbir iştirakçılarına təqdim edilmişdir.

Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirmişdir.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda