weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Nənə Qızlar” folklor ansamblının təqdimatı olub

Ramin Bəhmən tərəfindən

05 noyabr 2023 18:23 tarixində paylaşıldı.

SmartSelect_20231105_182631_Facebook

Azərbaycan Yaradıcılıq Fondunun ofisində 8 Noyabr-Zəfər Gününə həsr olunan tədbir təşkil olunub.

Yaradıcılıq Fondundan Ağdam Tv-yə bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qazanılan tarix qələbədən danışılıb. Bildirilib ki, qarşıdan tarixi Zəfərimizin növbəti ildönümü gəlir. Üç il öncə Vətən müharibəsində işğalçı ölkə Ermənistanın ordusuna vurulan sarsıdıcı zərbələr, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi parlaq Qələbə tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsinə, suverenliyimizin təmin olunmasına yol açdı. Darmadağın olan düşmən sonda ağ bayraq qaldırdı.

“Azərbaycan dövləti tarixi ədaləti bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzindəki bütün istehkamlarını, döyüş mövqelərini məhv edərək tarixi Zəfər çaldı. Bu Qələbə sevincini xalqımıza bəxş edən Ali Baş Komandanımız və hərbçilərimizdir”,-deyə natiqlər bildiriblər.

Sonra “Aşıq Valeh” İctimai Birliyinin nəzdində, İctimai Birliyin təşəbbüsü ilə fəaliyyətə başlayan Aşıq Xaspolad adına “Nənə Qızlar” folklor ansamblının təqdimatı keçirilib.

Diqqətə çatdırılıb ki, 1982-ci ildə ustad aşıq Xaspolad Mirzəliyevin təşəbbüsü ilə yaradılan Aşıq Xaspolad adına “Nənə Qızlar” ansamblı Qarabağ torpağının işğalı nəticəsində məcburi köçkün düşdüyündən öz fəaliyyətini dayandırıb. Zəfər bayramı ərəfəsində, 30 ildən sonra ansambl “Aşıq Valeh” İctimai Birliyin nəzdində yenidən fəaliyyətə başlayıb.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda