weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Azərbaycan xalçalarının Azərbaycanla yanaşı Avropa ölkələrində də sərgi vasitəsilə nümaiş etdirilir”- Ceyran Əliyeva

Ramin Bəhmən tərəfindən

04 iyun 2023 14:06 tarixində paylaşıldı.

20230524_131149

“Ağdam tv” nin növbəti müsahibi “Azərxalça” ASC Ağdam xalça emalatxanasının rəhbəri Ceyran Əliyevadır.

Ceyran Əliyeva Ağdamda xalçaçılıq sənətinin inkişafı ilə bağlı məlumatları bizimlə bölüşüb.

Ağdamda xalçaçılıq sənəti qədim tarixə malikdir. Bu sahə hər zaman inkişaf edib. 1977- ci ildən xalçaçılıq sahəsi ilə məşğulam. Ağdam 3 sahə ilə şöhrət qazanıb. Qarabağ xalçaları, Qarabağ atları və Qarabağ muğamı. Bu sahələr hər zaman dövlət rəhbərləri tərəfindən diqqət mərkəzində olub. Hazırda Ağdamda yeni açılan xalçaçılıq mərkəzi də bunu isbat edir.

“Ağdam tv” qeyd edir ki, Azərbaycan xalçaları 2010-cu ilin noyabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyasına daxil edilib ki, bu da Azərbaycan xalça sənətinə beynəlxalq səviyyədə verilən qiymətdir. Ölkəmizin UNESCO ilə münasibətlərinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz rolu var. Mehriban xanım Əliyeva 2004-cü ilin sentyabrında ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Həmçinin, Ceyran xanım xalçaçılığın olduqca çətin olduğunu və bu sahəyə təlabat olduğunu vurğulayıb. “Azərxalça” ASC- nin bu sahəyə yüksək diqqət göstərdiyini də bildirib. “Azərbaycan xalçalarının Azərbaycanla yanaşı Avropa ölkələrində də sərgi vasitəsilə nümaiş etdirilir”, – deyən Ceyran xanım eyni zamanda gənc nəslin də bu sənətə marağını vurğulayıb.

“Mən hər zaman bildiklərimi davamçılarıma da öyrətməyə çalışıram”, – deyə Ceyran Əliyeva əlavə edib. O, regionlarda rəqabətin olduğunu da hiss edib, xalçaçıların əsas vəzifəsini isə “qarabağ xalçaçılığının” itməməsində görür.

Xalçaların bölgələrə bölünməsinin səbəbini isə ornamentlərə və əhalinin məşğuliyyətinə görə fərqləndiyini bildirib. Bunun qədim zamanlardan belə gəldiyini vurğulayıb.

Ramin Bəhmən

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda