Ramin Bəhmən tərəfindən
01 dekabr 2023 15:12 tarixində paylaşıldı.
Ukraynanın əks-hücumu zamanı Kiyev 6 ay ərzində 125 mindən çox canlı qüvvəsini itirib.
“AğdamTv” xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, Ukraynada ümumi səfərbərlik, Qərb silahlarının tədarükü və Ukrayna komandanlığının strateji ehtiyatlarının hərbi əməliyyatlara cəlb edilməsi döyüş meydanındakı vəziyyəti dəyişməyib.
Rusiya MN başçısı Ukrayna tərəfinin son altı ayda itkilərini də açıqlayıb.
“Əks-hücum adlandırılan altı ay ərzində Ukrayna 125 mindən çox insan və 16 min ədəd silah-sursat itirib”, deyə Şoyqu vurğulayıb.
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.