weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Yeni evlənən bacısının evinə qonaq getdi, qızıllarını oğurladı

Ramin Bəhmən tərəfindən

01 noyabr 2023 22:03 tarixində paylaşıldı.

qonaq

Naxçıvanda bacısının qızıllarını oğurlayan qadının məhkəmə prosesi başa çatıb.

“AğdamTv”nin məlumatına görə, Culfa Rayon Məhkəməsində keçirilən prosesdə Nigar Qurbanova (ad-soyad şərtidir) 1 il azadlıqdan mərhum edilib. Onun cəzası şərti hesab edilib və 6 ay sınaq müddəti təyin olunub.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bacısı Gülnaz (ad şərtidir) yeni ailə həyatı qurduğundan və ilk Yeni il bayramı olduğundan yaxın qohumları ilə birgə onlara qonaq gediblər.

Yemək yedikdən sonra bacısı Gülnaz otağına keçərək paltar ütülüməyə başlayıb. Bacısı paltarı ütülədikdən sonra ütünü Nigara verərək əşyanı termonun içərisinə qoymasını xahiş edib. Nigar isə bacısının otağındakı termonu açanda orada qızıl qutusunu görüb.

Qutunu açan qadın qızılları görüb və 1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 ədəd üzüyü cibinə qoyaraq otaqdan çıxıb, ardınca isə evə gedib.

Bir müddət sonra isə Gülnaz bacısına zəng vuraraq qızıllarını tapa bilmədiyini, ondan qızılları götürüb-götürmədiyini soruşub. Nigar isə ona qızıllardan xəbəri olmadığını bildirib.

Nigar Qurbanova bundan sonra polisə dəvət edilib, orada artıq işin üstünün açılacağını anlayıb və bacısına məxsus olan qızılları götürdüyünü etiraf edib.

Qeyd edək ki, təqsirləndirilən Nigar Qurbanova 8 aylıq hamilədir.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda