weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

” Vaqif Həsənov təkcə bir məmur, bir icra başçısı deyil ! ” – YAZI

Ramin Bəhmən tərəfindən

30 iyul 2022 23:51 tarixində paylaşıldı.

FB_IMG_1659168753197

Uzun müddətdir  ki, Ağdamda rayonun adını hara gəldi eninə-boyuna  biabır edən hansısa “jurnalist”lərlə əl-ələ verib,  ciblərini və şəxsi maraqlarını Ağdam adından üstün tutan, arada Şəhid və Qazilərimizin adlarını çəkərək pafoslu çıxışlar edən, ölkə Prezidentinin  “İctimai nəzarət ” sözünü pul oyunu, maddi qazanc imkanı hesab edən, LƏYAQƏT sözünün “L”-dən xəbərsiz fərdlərinin  nakişiliklərinə fikir vermədən, öz camaatının yanında olan Vaqif Həsənovdan danışacam…

Demək rayonda bir situasiya formalaşdırmağa çalışırlar ki, güya bütün məmurlar pisdir  və maraqlısı burasındadır ki, bu şəxsiyyətini itirmiş fərdlər özləri pis dedikləri məmurları görəndə əriyirlər….

Gülməlidir  elə deyilmi ? 

Bilirsiniz,  bu gün Ağdam Rayon  İcra Hakimiyyətinin başçısı pisdir deyənlərin əksəriyyətinin üzünə Vaqif Həsənov bir dəfə gülsə özlərini ələ verərlər, vallah da verərlər, billah da verərlər…

Sən dur şəxsi marağına xidmət edən qanununsuz istəyini şoulaşdır, özünü şəhid ailəsi kimi təqdim elə, qazilərin və şəhid ailələrinin adından danış, sonra qadasın aldığım qazilər ağzının payın versin, şəhid ailələri ağzının qapağın qoysun , əlinə heçnə keçmədi deyə başla rayonun adın  “jurnalist “ciklərin əlində biabır elə.

Vaqif Həsənov əsil ağdamlıdır,  məsələ hansısa  problemin olmağından və ya həll olunmasından getmir . Vaqif Həsənov bu gün kişi kimi vətəninə, camaatına, dövlətinə və öz ağdamına xidmət edir. Ağdamın İcra Başçısı olmaq ümumiyyətlə Ağdam kimi bir rayonu  idarə eləmək heç kimə asan gəlməsin. Burda qazi, şəhid ailəsi, veteran saymaqla bitməz və bu adam sadalanan bütün kateqoriyalardan olan Ağdamlılarının daim qulluğunda olub və xidmətini uğurla davam etdirir.

Əlqərəz foto dünən Vaqif Həsənovun iştirak etdiyi Vətən Müharibəsi şəhidi Müşfiq Abbasovun oğlunun toyundandır. Ağdam RİH-nin başçısı Vaqif Həsənov şəhid anasının əlindən tutub rəqs etdirir.

Şəhid Müşfiq Abbasovun oğlunun toyundan. Vaqif Həsənov və şəhid anası.

Məncə  bu şəkil çox adamın olmayan qeyrətinə od qoydu, alacaq şərəfiniz olsun . Birdə bu kişi ilə bağlı həssas mövzularda ağzınıza gələni yazıb,  rayonun adına və bu kişinin əziyyətinə namərdlik etməyin.

Sonda Cənablar bu gün Xəyyam Salmanzadə, Vəzir İbadov, Teylor Fətişoğlu, Xatirə Hacıyeva, Nuranə Abdullayeva, Ramil Məhəmmədoğlu, Sakit Muradov kimiləri  bu rayon üçün nə jurnalist, nə vətəndaş nə də bir vətənpərvər kimi xeyirləri olmayıb,  olmayacaq. Bu adamlar  araşdırılsa  bəlkə də jurnalist savadlılığı bir yana,  ali savadları belə yoxdur. Məqsədləri birdir,  ölkə daxili sabitliyi pozmaq, rayonlarda bu həssas dönəmdə qığılcımlar yaratmaq,  ölkə rəhbərliyinin rayonlarda olan nüfuzunu sarsıtmaqdır. Yəni,  məqsəd Vaqif Həsənov və ya qeyrisi deyil , məqsəd ümumi sabitliyi hədəfə almaqdır.

Adı sadalanan şəxslərin fəaliyyətinə görə hörmətli Hüquq Mühafizə orqanlarına müraciət edirəm. Xahiş edirəm bu şəxslər və aid olduqları media qurumlarının fəaliyyəti araşdırılsın.

Vaqif Həsənov təkcə bir məmur, bir İcra başçısı deyil , o həmdə əsl  Ağdamlıdır !

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda