weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Sülhün iki üzü…

Ramin Bəhmən tərəfindən

22 iyul 2023 21:59 tarixində paylaşıldı.

1649266233

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurası Prezidenti Charles Michel-in vasitəçiliyi ilə baş tutan son Brüssel görüşü sülh üçün hər iki dövlətin xalqları tərəfindən ümüd vəd edirdi.

Görüşün müsbət notlarda yekunlaşması və nikbin açıqlamaları sülhün yaxın olduğu mesajını verirdi. Lakin Paşinyanın Brüsseldə geyindiyi sülh donu İravana çatmamış cırıldı. Siyasi olaraq heç bir təcrübəyə malik olmayan bu məğlub ölkənin məğlub lideri dünyanın siyasi nəhəngləri arasında ikitərəfli oynayaraq vaxt qazanmaq taktikasını Qafqazın ən böyük siyasi liderinə uddurmağa çalışsa da baş tutmadı.

90-cı illərin eyforiyasından ayıla bilməyən erməni ideologiyası 2020-ci ilin 44 günlük savaşında itirdikləri 30 illik vaxtın fərqinə vardılar, indi isə Paşinyan və böyük Ermənistan ideoloqları sülhün qanadlarında güc toplamağa çalışırlar. Brüssel görüşü İlham Əliyevin Avropada sayqın və sözündə düz lider kimi şəxsiyyətini bir daha göstərdi və bu görüş bir daha Azərbaycan liderinin diplomatik qələbəsi ilə yekunlaşdı. Düşünürəm bu qələbədən təsirlənən Paşinyan öz ölkəsinin daşnaq və miatsum ideologiyası ilə beyni yuyulmuş kütləsinə bu sülhü həzm etdirməyə qorxduğu üçün ikiüzlü davranış göstərməyə məcbur qalıb.

İkinci versiyam isə əldə oyuncaq, Azərbaycanın qədim torpaqları üzərində qurulmuş Ermənistanın pərdə arxası böyük qardaş saydığı dövlətlərə verdiyi sözləri yeyə bilmədiyi üçün Brüsseldən qayıdışda sülhlə bağlı danışıqları pozmağa meyil göstərməsidir. Axı hər kəs bilir ki, regionda Azərbaycan-Türkiyə kimi iki qardaş və müttəfiq dövlətlərin tək hakim və tək güc olmağı heç kimə hətta yaxın qonşularımıza da sərf etmir.

Maraqlıdır Paşinyan hakimiyyətini qorumaq üçün xalqına verdiyi vədləri nəhəng Azərbaycan və regionda ən böyük siyasi lider İlham Əliyev qarşısında necə yerinə yetirəcək ?

Dünya artıq ağlağan siyasətdən bezib, heç kim boş bəhanələr və yalançı göz yaşlarına inanmır. Regionda yeni siyasi reallıqlar var və hər kəsin hesablaşdığı Azərbaycan bəhanələrlə və boşa vaxt itkisi ilə qəti barışmaq niyyətində deyil.

Prezident İlham Əliyev dediyi kimi heç kim Azərbaycanla güc dili ilə danışa bilməz və bunu artıq Ermənistan və onun yanında olanlar gözəl bilir. Biz qalib ordusu, stabil siyasi ictimai vəziyyəti, durmadan böyüyən iqtisadiyyatı, nəhəng siyasi dühaya malik lideri olan qalib ölkəyik.

Ermənistan başa düşməlidir ki, Azərbaycan artıq 30 il öncə torpaqlarını böyük güclərin, siyasi satqınlıqların və daxili qeyri-sabit şəraitin hesabına torpaqlarını işğal etdiyi dövlət deyil. Bu Azərbaycan Qafqazın ən güclü ordusuna malik, dünya siyasətinin bütün rıçaqlarını öyrənən böyük siyasi institutlara malik, neft vəsaitlərinin boşa xərcləndiyi yox, qeyri-neft sektorunun inkişafına yönləndirən, dünyanın yaşıl enerji mərkəzlərindən birinə çevrilən, nəinki təbii qaynaqları həmçinin insan resursları ilə faydalı yatırım yeri olan, nəhəng iqtisadiyyata və sürətli inkişaf edən makroiqtisadi göstəricilərə malik Qafqaz regionunda lider dövlətə çevrilib.

Dünyaya özünü sülh quşu kimi göstərmək heç kimə xeyir verməz. Artıq dünyada ən hiyləgər siyasəti yürüdən dövlətlər belə bu tendensiyanı davam etdirmir. Əslində xalq olaraq inkişaf etmək lazımdır ki, dünyada baş verən siyasi gedişləri analiz edə və adekvat ola biləsən.
Azərbaycanda İlham Əliyev hakimiyyəti təkcə özünü və öz maraqlarını düşünərək addımlar atmadı, “hakimiyyət onda böyük olur ki xalq da böyük xalq olur” prinsiplərinə əsaslanan cənab Prezident İlham Əliyev öz xalqını da öz arxasınca çəkdi, onun dünyanın lider xalqları arasında yer tutması üçün zirvələrə daşıdı. Məhs bu səbəbdən bu xalqı aldatmaq mümkün deyil.

1990-cı illərdən 3 muşketyorun əlində oyuncaq olan Ermənistan qapalı bomba idi, hətta mən deyərdim Şimali Koreya modelini belə ötmüşdülər.

Ter-Petrosyan-Koçaryan-Sarkısyan üçlüyünün məhv elədiyi Ermənistan bədbəxt Paşinyanın əlində partladı desək yalan olmaz. Dünyaya baxın, biz demokratik dövlətik 3 Prezident seçmişik deyəndə əslində hər üçünün Qarabağ klanının və Qarabağın işğalının memarları olduqlarını gizlətməyə çalışdığını heç kim bilmirdi, Paşinyanın bədbəxtliyi sələflərinin 30 ildə güclü Ermənistan ordusu yalanına uyub Azərbaycanla savaşa girməsi idi.Paşinyan sülhün məcburi olduğunu gözəl bilir. O, gözəl bilir ki, öz ölkəsinin inkişafı, xalqının rifahı və regionda nəhəng iqtisadi layihələrdə yer almağın yolu Azərbaycanla sülhdən keçir. Ortada sadəcə bir amma var o da sülh ikiüzlülük sevmir, çətin amma doğru qərarlar verməyin vaxtıdır !

Ramin Bəhmən

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda