weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Qanlı mart soyqırımdan 105 il ötür

Ramin Bəhmən tərəfindən

31 mart 2023 23:07 tarixində paylaşıldı.

IMG-20230331-WA0104

Qanlı mart soyqırımdan 105 il ötürAzərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir.

1918-ci ilin 30 mart və 2 aprel tarixlərində Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Qarabağ, Bakı quberniyasının müxtəlif bölgələrində azərbaycanlılara qarşı qırğın törətdilər.

Bu soyqırım düşünülmüş şəkildə törədilmişdir. Soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı isə böyük qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanlıların soyqırımı 200 il ərzində ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara  qarşı törədilmiş qəddar bir  siyasətdir. Mənbələrə əsasən bu soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı vəhşicəsinə öldürülmüşdür.

Soyqırımın şahidi olmuş Kulner familialı bir alman Bakı hadisələri haqqında belə yazmışdır: “Ermənilər müsəlman(azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, süngü ilə dəlmə-deşik edirdilər. Dəhşətli soyqırımdan bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmışdır. Ermənilər heç kəsə rəhm etməmişdilər. Ermənilər uşaqdan qocaya qədər bütün əhalini vəhşicəsinə, zülm verərək öldürürdülər. ”

Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə törədilmiş soyqırımda azərbaycanlıların qırğınlarının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom  Leonordo Ramsden Hartvill “insanlar belə imiş” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını söyləmişdi. O təkcə Bakıda Mart qırğını zamanı 25.000 azərbaycanlının qətlə yetirildiyini bildirmişdir. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

Ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan ediblər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.

1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən matəm günü kimi qeyd edilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci tarixli fərmanda azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart – Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniya dünyanın bir çox şəhərlərini əhatə etməklə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərini və diaspor təşkilatlarını da bu prosesə cəlb edib. Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Müəllif: Amaliya Hacızadə

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda