weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Dünyaya Şuşadan açılan Pəncərə

Ramin Bəhmən tərəfindən

23 iyul 2023 22:46 tarixində paylaşıldı.

FB_IMG_1690137220169

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib – Ramin Bəhmən yazır.

Dünyanın müxtəlif ölkələrindən olan 120-dən çox media nümayəndələri iştirak etdiyi forumun açılışında Prezident İlham Əliyev media nümayəndələrinin suallarını cavablandırıb.

Lakin ilk öncə biz Prezidentin Şuşaya gəldiyi yol xəritəsinə baxmalıyıq. Cənab Prezident ilk öncə Xocalının Çanaqçı və Sığınaq, daha sonra isə Şuşanın Daşaltı kəndlərinə səfər elədi. Düşünürəm ki, bu yol xəritəsi özlüyündə bu regionda maraqları olan siyasi güclərə və qonşu Ermənistan, eyni zamanda onun Qarabağdakı töküntüsü olan Xankəndidəki xuntasına bir mesaj idi. Prezidentin Xocalı səfəri xüsusi ilə o bölgədə baş verən hadisələrə ən adekvat cavab idi. Son günlərdə Xankəndidəki xuntanın öyrətməsi ilə Əsgəran-Ağdam yolunun ermənilər tərəfindən bağlanılmasına cavab olaraq Prezident Sığınaqdan “Xuntanın yalanlarından bizə sığına bilərsiniz, sizin inkişafınız və gələcəyiniz vətəndaşı olduğunuz Azərbaycana bağlıdır” mesajını verdi deyə bilərik. Eyni zamanda Prezident İlham Əliyev Xocalıda “Biz Xocalıda olanları unutmamışıq və bu torpaqlar bizim qədim dədə-baba torpaqlarımızdır, Azərbaycanlılar tezliklər Xocalıya qayıdacaq” mesajını, Daşaltıda isə “Siz bizim bir daş atımlıq məsafənizdə əlimizin altındasınız” mesajını verdi.

Prezidentin Qarabağ səfəri həmçinin “Ali Baş komandan olaraq işğaldan azad etdiyim torpaqlara quruculuğun memarı olaraq səfər edirəm” mesajını da verərək dünyaya Azərbaycanın mədəni, qurucu və tolerant xalq olduğunu göstərdi.

Təbii ki, Qarabağ səfərindən və Prezidentin çıxışlarından bir çox mesajlar çıxarıla bilər, xüsusi ilə Ermənistan mediasının sosial şəbəkə seqmentində bu səfər haqqında qələmə korluq vermədiklərini görə bilərik.İndi isə gələk Şuşada baş tutan “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumuna. İlk öncə qeyd etməliyik ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra dünya mediası qarşısında ikinci dəfə diplomatik Master klass göstərdi sözünü rahatlıqla deyə bilərik.

Hər ölkənin jurnalistinə onun öz ölkəsindən misallar gətirərək onun öz dilində faktlara əsaslanan kompakt cavablar vermək bir siyasətçi və bir dövlət başçısı olaraq sadəcə qürurvericidir. Xüsusi ilə Prezidentin Şuşa forumunda iştirak etməsi informasiya müharibəsində bizə, dövlət olaraq Azərbaycana üstünlük qazandıran amillərdən biridir. Hər kəsə məlum olan erməni dezinformasiya maşınının qarşısında ən gözəl cavab dünyanın sayılı media nümayəndələri ilə görüş və onların suallarına cavab verməkdir.

Misal olaraq qeyd edə bilərik ki, Forumda Azərbaycan Prezidenti erməni tərəfinin yaydığı bir dezinformasiyanı bu formada aydınlaşdırır ” Biz öz ərazimizdə beynəlxalq hüquq normalarına uyğun olaraq Laçında sərhəd keçid məntəqəsi qoymuşuq, halbuki ermənilər dünyaya bağırırlar ki, bu blokadadı. Bizim erməni vətəndaşlarımızın Laçın sərhəd-keçid məntəqəsindən istifadəsində heç bir problem yoxdur, halbuki onlar Xankəndidəki separatçı rejim bizim ekofəalların aksiyasında özləri Xankəndinin çıxışına baryer qoymuşdular, indi kimdir blokada yaradan onlar yoxsa biz ?! ” Bəli Prezident İlham Əliyev tam olaraq bütün suallara açıq aydın şəkildə cavab verməklə Azərbaycan haqqında yaradılan dezinformasiya divarını darmadağın etdi. Prezident İlham Əliyev Azərbaycanın müharibədən sonrakı dönəmdə də ordu quruculuğuna önəm verdiyini və 2020-ci ildəki ordudan daha güclü və daha modern ordu formalaşdırıldığını, orduda islahatlar aparıldığını qeyd edərək bizim quruculuq işləri və Qarabağda insanların reinteqrasiya prosesini sürətləndirmək üçün həyatın yenidən canlandırlımağa çalışıldığı ilə yanaşı ordu gücünə də önəm verdiyimizi və istənilən halda istənilən güc toqquşmasına və təxribata hazır olduğumuzu dünya mediasına çatdırdı.

Dünyada beynəlxalq hüququn işləmədiyi zamanda hüququn bərqərar olması üçün gücün işə düşməsi lazımdır. Prezident məhs bu nöqteyi-nəzərdən sözün gücü olmadığı yerdə, gücün söz dediyini və Azərbaycanın öz gücü hesabına dünyada söz sahibi dövlətləri sırasında olduğunu jurnalistlərə verdiyi cavabların sətir aralarında mesaj olaraq ötürdü.

Azərbaycan Prezidenti dünyada beynəlxalq hüququn işləmədiyi zamanda Azərbaycana birinci Qarabağ müharibəsinin nəticələri ilə barışmağı və ermənilərə torpaqlarımızın güzəştə getməli olduğumuzu reallıq kimi bizə diqtə edilməyə çalışıldığını vurğuladı. Prezident bizim əsla haqlı olmayan reallıqları qəbul etmədiyimizi, 2020-ci ildə qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra artıq özümüz öz gücümüzü hüquqi olaraq haqlarımızı bərpa etdiyimizi qeyd etdi.

Dünyada beynəlxalq hüququn işləmədiyini dünya mediasının üzünə vuraraq regionda ən böyük güc olan Azərbaycanın haqlı mövqeyi Azərbaycan Prezidenti tərəfindən bir daha diplomatik ustalıqla göstərildi. Prezident İlham Əliyev həmçinin ermənilərdə bu şovinist, qisasçılıq arzularının nədən qaynaqlandığını, ermənilərdə olan nifrət və kinin səbəblərini psixoloqlar və psixiatrlar tərəfindən araşdırılmalı mövzu olduğunu bildirdi. Doğrusu, Azərbaycan Respublikası olaraq bizim üçün nifrət, qisas, kin anlayışları yox, regionda sülhün bərqərar olması, Qafqaz regionunun inkişafı, iqtisadi imkanları əsas amildir. Biz ölkə olaraq dünənə yox bugünə və sabaha baxırıq və Azərbaycan Prezidenti bu nöqteyi-nəzərdən erməni kininin bu xəstəliyin mütləq araşdırma tələb edən mövzu kimi qeyd elədi ki, bu mövzu özü də mesaj olaraq vurğulanmışdır.

Cənab Prezident İlham Əliyevə verilmiş ən maraqlı sual isə mənim üçün ən böyük mesajda məhs sosial şəbəkələr ilə bağlı verilən sual və onun cavabı idi.

Prezident dünya liderlərinə örnək şəkildə çox maraqlı və özünə məxsus cavabı ilə düşünürəm ki, bir çox dünya media agentliklərinin manşetini verdi.

Sual Prezident İlham Əliyevin sosial şəbəkələrdə aktiv olduğu və ümumiyyətlə sosial şəbəkə istifadə etdiyi ilə bağlı idi. Prezident bir sıra problemlərin, hətta rəsmi olaraq ona çatdırılmadan sosial şəbəkələrdən öyrəndiyini, övladlarının və nəvələrinin ona qarşılaşdıqları vətəndaş şikayətlərini çatdırdıqlarını vurğuladı.

Bu, Prezident İlham Əliyevin ailəsi ilə birlikdə xalqının rifahı üçün çalışdığınının göstəricisidir və dünya liderləri arasında ikinci belə bir halın olmaması dünya üçün də lider şəxsiyyət necə olmalıdır sualına cavab kimi qeyd edilə bilər və bu mesaj öz ölkəsində “demokratik” dəyərləri misal çəkib Azərbaycana söz atanlara əsil liderlik mesajı idi.

Sonda isə onu qeyd etmək lazımdır ki, bu Forumda müxtəlif mesajlar çıxarıla bilər, lakin əsas məsələ ermənilər özləri üçün hansı mesajı çıxaracaq və ya ümumiyyətlə öz gələcəkləri üçün bu mesajları can qulağı ilə dinləyəcəklərmi ?!

Ramin Bəhmən

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda