weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“31 Martdan Xocalıya uzanan qanlı əllər..” – Köşə

Ramin Bəhmən tərəfindən

31 mart 2023 18:57 tarixində paylaşıldı.

FB_IMG_1680272404102

I Pyotrun göstərişinə əsasən, XVIII əsrdən başlayaraq Azərbaycanın müxtəlif ərazilərinə ermənilərin köçürülməsinə başlandı.Bunun nəticəsidir ki, düz 2 əsrdir xalqımız erməni satqınlığından, vəhşiliyindən və təcavüzündən əziyyət çəkir. Bu zorakılıq zaman-zaman öz pik nöqtəsinə çatmışdır.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Qərbi Azərbaycanın (İndiki Ermənistanın) İrəvan, Göyçə, Zəngəzur və digər ərazilərində Azərbaycan türkləri zorla dədə-baba torpaqlarından qovulub və müxtəlif işgəncələrə məruz qaldılar. Bunun davamı olaraq 1918-ci ildə S.Şamuyanın başçılığı ilə Bakıda, Hamazaspın və Lalayanın rəhbərliyi ilə Qubada, Lənkəranda, Şamaxıda, Qarabağda soyqırım və kütləvi qətillər törədildi.

Martın 30-dan aprelin 4-ə kimi Bakıda 12 min, sentyabr ayına kimi isə, ümumilikdə, Azərbaycanın bölgələrində 50 minə yaxın insan xüsusi qədarlıqla məhv edildi.

Yalnız insnalar deyil, müxtəlif milli memarlıq abidələri, məscid və yaşayış məntəqələri xarabalığa çevrilmişdir. Hətta Nəriman Nərimanov aldadıldığını anlayandan sonra xatirələrində yazırdı: -Mən S.Şamuyandan dinc insanların öldürlüməsini dayandırmağı və bizim fəhlə və qara camaatın yanında olmağımızı xatırlatdım. O isə mənə dedi ki,mən bolşevik olmazdan əvvəl,bir erməniyəm…”

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Osmanlı hökumətinin köməyi ilə bu qırğınların qarşısı nisbətən alınmış, Bakı işğaldan azad edilmiş, 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

80 il sonra Ümumilider H.Əliyev 26 mart 1998-ci ildə verdiyi fərmanla 31 Mart Soyqırımı kimi qeyd edilməyə başlanıldı.

1920-ci ildən sonra Azrəbaycanda yaradılmış Sovet hakimiyyəti bu soyqırımın undulması üçün əlindən gələni etməyə başladı.

Əlifbamızın 3 dəfə dəyişilməsi,həmin hadisələrdən bəhs edən bədii və tarixi əsərlərin yoxa çıxması, 37 və 38-ci illərdə Markayanların, Xorenlərin biavasitə rəhbərliyi ilə 10 minlərlə ziyalı və aydınlarımızın öldürlüməsi və sürgün edilməsi bunun bariz nümunəsidir.

Azərbaycan süni beynəlmiləlçilik təbliğ olunduğu bir vaxta-1948-53-cü ildə, 1988-91-ci illərdə soydaşlarımız Qərbi Azərbaycanda-Erməmistanda etnik təmizləmə, deportasiya siyasətinin qurbanı olur və müxtəlif işgəncələrə məruz qalırdı.

Azərbaycan xəstəxanaları erməni həkimlərələ doldrulmuşdu ki, bu da etmik soyqırımın başqa bir vairantı idi.

Bu həkimlərdən bir necəsi haqqında: Xankəndinəki xəstəxanada Edik Adamyandan soruşurlar ki, niyə mitinqdə iştirak etmir? O isə cavabında bilidirir ki, “siz mən öldürdüyüm türklərin 1 faizini öldürün, sonra gəlib, niyə mitinqə getmədiyimi soruşarsız” Tamara Adamyan 1990-cı ildə İrəvana köçəndə deyib ki, “mən türklərdən qisasımızı aldım. 45 ildə saysız-hesabsız oğlan uşağı öldürdüm… Ermənistanın xüsusi xidmət orqanının mənə verdiyi gizli tapşırığı yerinə yetirdim. Odur ki, mənə “Ermənistanın milli qəhrəmanı” fəxri adı verilməlidir”. Sovet hakimiyyəti tərəfindən bu zorakılıq bizə unutdurulsa da, erməni millətçiləri və daşnaqlar öz məkirli və işğalçı niyyətlərindən əl çəkmirdilər.

Əsrin əvvəlində Qarabağla bağlı olan erməni iddiaları əsrin sonunda yenidən qızışdı. Ərazilərimizin işğalı, Sumqayıt hadisələri, Qaradağlıda, Xocalıda törədilən soyqırım aktları erməni niyyətinin, vəhşiliyinin və mart soyqırımın davamı idi. Sizə iki faktı təqdim etmək istəyirəm: Birincisi, Ovanes Apresyanın mart soyqırımı haqqında xatirələri 1925-ci il: “Biz türklər, müsəlmanlar yaşayan məhələlərə soxulduq evləri yandırdıq, qadın, qoca, uşaq demədən hamısını öldürüb əvvəlcədən qazılmış quyulara doldurduq və Xəzər dənizinə atdıq. 2000 min dinc sakinin sığındığı şəhər xəstəxanasına od vurduq. İnsanların burnun, qulaqların kəsdik,uşaqları qapıya və pəncərələrə mıxladıq.”

1992-ci il, Xocalı soyqırımı haqqında Zori Balayan yazırdı: Biz Xocalıya girdik, qarşımıza çıxan hər kəsi öldürdük.

Bir bataqlığı keçmək üçün türk meyitlərindən keçid düzətdik.

Bir yeniyetmə hələ ölməmişdi.

Mən ayağımı onun sinəsindən basdım ki, bu iş tezləşsin.

Sonra Stepanakertdə bir evin zirzəmisində girovların içindən azyaşlı qız uşağını pəncrəyə mismarlayıb dərsini soydum.

O qışqırdıqca ruhum sakitləşirdi.

Bir neçə dəqiqədən sonra qanaxmadan öldü. Bu iki fakt göstərir ki, illər keçsə də, sovet kimi bir imperiya dağılsa da, erməni niyyəti məqsədi və əməli eyni olaraq qalır. Bu yüz ildə ermənilər xalqımıza qarşı hər vasitə ilə soyqırımı törətməyə çalışırdı. Azərbaycanda müxtəlif vəzifələri tutan ermənilər hər vasitə ilə bizə mənəvi və maddi zərbə vururdular. Qərbi Azərbaycanda minlərlə yer adlarının dəyişilməsi, memarlıq, dini və mədəni abilərimizin məhvi buna nümunədir. Şükürlər olsun ki, artıq müstəmləkə yox, müstəqil və suveren bir dövlətik.

Buna görə övladlarımızı və gənclərimiz milli ruhda böyüdək.

Onlara dostu və düşməni tanıdaq ki, bir daha 31 martı, Xocalı soyqırımını və deportasiyaları yaşamayaq. Son illər Qubada aşkarlanmış “Soyqırım məzarlığı” xalqımızın ziyarət yerinə çevrilməkdədir.

“Qisas qiyamətə qalmaz”,-deyib atalarımız. Nəhayət, 2020-ci il 44 günlük Vətən müharibəsi. Azərbaycanın ən şanlı tarixi. Biz məhz səngərdə-döyüş meydanında qisasımızı aldıq. Sonda bütün şəhidlərimizi və soyqırımı qurbanlarını hörmətlə anır ruhları qarşısında baş əyirəm.

Vətənimiz və millətimiz var olsun!

Ağdam rayon 91 nömrəli tam orta məktəbin direktoru Rüstəmli Nemət Qəzənfər

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda